Bu həkimlərə əlavə pul ödəniləcək - QƏRAR

 12:09 10.07.2021     227

Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.

Redaktor.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət iyunun 1-də başa çatmışdı.