Bakıda toy neçəyə başa gəlir? - VİDEO

 13:43 13.07.2021     90

Artıq on gündən çoxdur ki, Azərbaycanda toy mərasimlərinin keçirilməsinə icazə verilib. Toy mərasimləri əvvəlcədən qəbul olunmuş müəyyən qaydalar əsasında keçirilməlidir.

Redaktor.az xəbər verir ki, "Report"un əməkdaşları pandemiya dövründə maksimum 150 nəfərin iştirakı ilə keçirilən toy mərasiminin ailə qurmaq istəyənlərə orta qiymətlə neçəyə başa gəldiyini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, 150 nəfərlik restoran xərci orta hesabla 9 000 manat təşkil edir.

Bundan əlavə, qızıl üzüyün 700, kirayə gəlin maşınının 160, gül buketinin 60, bəylik kostyumunun 150, gəlinlik paltarının 500, gəlin makiyajının 200, tortun isə 400 manata başa gəldiyi məlum olub.

Qeyd edək ki, bundan başqa toyda mərasimin aparıcısı və musiqiçilərinə ödənilməsi üçün əlavə vəsait də lazımdır.