Toylarla bağlı yeni QADAĞA olacaq - "BU ÖZBAŞINALIĞA SON QOYULMALIDIR"

 13:27 14.07.2021     604

Pandemiya ilə əlaqədar toyların keçirilməsinə qoyulan qadağanın ləğvi hamının sevindirdi. Uzun müddətdir ki, bu qadağanın ləğvini gözləyən hər kəs toy etmək üçün şadlıq saraylarına axın etdilər. Həmçinin, yeni qadağaların tətbiqindən ehtiyat edənlər məcbur olub qiymət artımına da göz yumurlar. 

Millət vəkili Azər Badamov Redaktor.az-a açıqlamasında bildirib ki, toyda müəyyən olunan say tərkibindən artıq qonaq iştirak etməməlidir. Ona görə də şadlıq saraylarında menyuların qiymətində artım var:

"Qonaqların sayının az olmasında toy sahibinin heç bir günahı yoxdur. Bu, qoyulan qayda-qanunun tələbidir. Buna görə də toy sahibləri ciddi borca düşür. Qiymətlərin kəskin artırılmasının qəti əleyhinəyəm”.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, restoran sahibləri vəziyyətdən sui-istifadə edir:

“İl yarımdan çoxdur ki, toyların keçirilməsinə qadağa qoyulmuşdu. Qarşıdan məhərrəmlik gəlir. Ona görə indi hamı öz toyunu etməyə çalışır. Belə olan təqdirdə restoranlar bu vəziyyətdən sui-istifadə edir. Qiymətlərdə kəskin artım müşahidə edilir. Sahibkarlar insanların çarəsizliyindən istifadə edir”.

V.Əhmədov qeyd edibi aidiyyatı dövlət qurumları bu məsələ ilə bağlı tədbir görməlidir:

“Hesab edirəm ki, bu məsələ ilə bağlı monitorinqlər təşkil edilməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Həmçinin, AQTA bu istiqamətdə lazımi işlər görməlidir. Bu özbaşınalığın qarşısı alınmalıdır”.

Şəbnəm Mehdizadə