Hərbi jurnalist Emin Səfərov ilə görüş - Gənclər Kitabxanası

Respublika Gənclər Kitabxanası 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Vətən müharibəsi jurnalistlərin gözü ilə” başlığı altında “Qafqazinfo” nun müxbiri, hərbi jurnalist Emin Səfərov ilə İnstagram üzərindən canlı yayım təşkil edib.
Redaktor.az xəbər verir ki, istifadəçilərini Qarabağ uğrunda gedən Vətən Müharibəsinin xatirələri, faktları, qəhrəmanları, şəhid və qaziləri, müharibə iştirakçıları ilə tanış etmək məqsədilə keçirilən bu canlı yayımlardan biri olan bu görüş 15 iyul 2021-ci il tarixində baş tutdu. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən bu canlı yayım Emin Səfərovun Vətən müharibəsində şahid olduğu Azərbaycan oğullarının qəhrəmanlığı, öz oğullarını, həyat yoldaşlarını, qardaşlarını itirən ailə üzvlərinin ağır itki yaşantıları, mənfur düşmənin təxribat xarakterli əməlləri haqqında xatirələrin, faktların səsləndirilməsi ilə başladı.
Qonaq uşaqlıq illərindən, Ağdam rayonundan məcburi köçkün qismində Bakıya köçməsindən, doğma ev, torpaq həsrətilə ilə keçən uşaqlıq və yeniyetməlik dövründən bəhs etdi, sonradan Vətən müharibəsində qazandığımız qələbə sayəsində neçə ildən sonra doğma Ağdam rayonuna qədəm basmağından, öz ata-baba yurdunu neçə illik həsrətdən sonra görməyindən böyük qürur və iftixar hiss ilə söhbət açdı. Emin Səfərov həmçinin müharibə dövründə hərbi müxbirlərin üzərinə düşən məsuliyyət yükündən, hərbi müxbirin “5 qızıl” qaydasından da bəhs etdi. Canlı yayım zamanı erməni terrorunun qurbanları, Gəncə və Bərdə sakinləri də yad edildi, bu hadisənin canlı şahidi olan Emin Səfərov o günlərin ağır xatirələri ilə bölüşdü.
Canlı yayımın aparıcısı Günay Həsonava sonda iştiraka görə qonağa minnətdarlığını bildirdi, Emin Səfərov isə öz növbəsində bu səpkili canlıların əhəmiyyətini vurğulayaq, bü işin həm məhsuliyyətli, həm mürəkkəb və eyni zamanda da çox şərəfli olduğunu qeyd etdi, kitabxananın rəhbəri Oruc Quliyevə və bütün kollektivinə öz dərin təşəkkürünü bildirdi.
İstifadəçilər hərbi müxbir Emin Səfərovun iştirakı ilə keçirilən canlı yayıma
https://www.instagram.com/p/CRYeST6Cd4K/ lini vasitəsilə baxa bilərlər.