Bakının bu rayonunda "PARTLAYIŞ" səsləri eşidilib - DİN-dən AÇIQLAMA / VİDEO

 16:12 26.07.2021     910

Pandemiya ilə bağlı olaraq toyların keçirilməsinə qoyulan qadağa nəhayət ləğv edildi. İl yarımdır ailə qurmaq istəyən gənclər öz toylarını edə bilit. Lakin paytaxtda təşkil olunan toylardan şikayətçi olanlar da var.

Redaktor.az xəbər verir ki, apaytaxtın Nizami rayonunda restoranların sıx yerləşdiyi ərazilərdə hər gün toydan sonra səs-küylü atəşfəşanlıq təşkil edilir. Bu da insanların narazılığına səbəb olub. Gecənin bir vaxtı azyaşlı körpəsi, xəstəsi olan hər kəs bu durumdan narazıdır.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məişət səs-küyü ilə bağlı daxil olan ikayətlər hər zaman diqqətlə araşdırılır və lazımi tədbir görülür. Qurum rəsmisi əlavə edib ki, qeyd olunan məsələ ilə bağlı hələlik şikayət daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məsələ araşdırılacaq. 

Şəbnəm Medizadə / Redaktor.az