Bakıda bu küçədən keçən avtomobillər xarab olur - DİQQƏT!

 13:17 03.08.2021     954

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən istifadə edən sürücülər yolun bərbad vəziyyətdə olmasından, piyada zolaqlarının görünməməsindən narazılıq edirlər. 

Bəs görəsən sözügdən yolun təmiri nəzərdə tutulubmu?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinin (AAYDA) Mətbuat katibi Anar Nəcəfli cavablayıb. O bildirib ki, sözügedən küçədə əsaslı təmir və yenidənqurma işləri aparılacaq:

“Ağa Nemətulla küçəsi paytaxtın ən işlək küçələrindən biridir. Orada yolun keyfiyyəti tələblərə cavab verir. Müəyyən hissələrdə cüzi problemlər var. Bununla bağlı qurumun aidiyyatı şöbələrinə müracit edəcəyik ki, əməkdaşlar baxış keçirsin. Amma bu yol investisiya proqramına salınıb. Hələlik o ərazi üzrə Yusif Vəzir Çəmənzəminli küçəsində təmir işləri aparılır. Növbəti mərhələdə Ağa Nemətulla və Qarabağ küçələrində əsaslı təmir və yenidənqurma işləri görüləcək”.

Mətbuat katibi qeyd edib ki, piyada zolaqlarının çəkilməsi və rənglənməsi Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilir:

“Bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil”.

Şəbnəm Mehdizadə

 

Vumart və Güvən reklamı Vumart Güvən