"Məşğulluq marafonu”na 1783 vakansiya təqdim edilib

 16:59 13.08.2021     269

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, bu günədək marafonda iştirak edən işəgötürənlərin sayı artıq 405-ə çatıb.Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir. Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1783-ə çatıb. Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən