SMS İcazə bərpa olunur? - AÇIQLAMA
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artımı hər kəsi narahat edir. Bununla yanaşı indi hamını bir sual maraqlandırır, yenidən sərt qadağalar və SMS İcazə sistemi bərpa olunacaqmı?
Mövzu ilə bağlı Redaktor.az saytının suallarını tibbi ekspert Şəhal Balayeva cavablayıb. O bildirib ki, ictimai yerlərdə sosial məsafə və gigiyenik qaydalara əməl olunmur:
“Yay fəslidir. İnsanlar tətilə, dənizə, bağa üz tutur. Ünsiyyət sıxlaşıb və ictimai yerlərdə lazımi gigiyenik qaydalara əməl olunmur. Toyların təşkil olunduğu restoranlarda yüzlərlə insan qapalı məkanda vaxt keçirirlər. Bunun nəticəsidir ki, yoluxanların sayı günü-gündən sürətlə artır”.
Ekspert bildirib ki, SMS İcazə bərpa oluna bilər:
“Bununla yanaşı yenidən sərt karanatin qaydaları və SMS İcazə sistemi yenidən bərpa edilə bilər. Amma istənilən halda qadağalarla heç nə əldə edə bilmərik. Biz əsas diqqətimizi vaksinasiya prosesinin gücləndirilməsinə yönəltməliyik. Həmçinin, sosial məsafə və şəxsi gigiyena qaydalarına mütləq əməl etməliyik”.
Şəbnəm Mehdizadə












