ƏƏSMN: 7 ayda əhaliyə 3,5 mlrd. manat vəsait ödənilib
Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Redaktor.az-a bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.












