Ekoloji strategiyanın detalları açıqlanıb - Bakı Limanı
Bakı Limanında ekologiyanı daha yaxşı qorumaq üçün yeni strategiya hazırlanıb.
Bu barədə Redaktor.az-a Bakı Limanından bildirilib.
Məlumata görə, bu strategiyaya əsasən 2035-ci ilə qədər Bakı Limanında istixana qazı emissyası sıfıra endiriləcək. Bunun üçün də bir sıra yeniliklərin tətbiqi planlaşdırılır:
- Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən (elektromobillərdən və s.) və avadanlıqlardan istifadə ediləcək
- Liman akvatoriyasına daxil olan gəmilər tam olaraq elektrik enerjisi ilə təmin ediləcək
- Liman akvatoriyasında yalnız elektriklə və ya yaşıl yanacaqla işləyən yedək gəmilərilərindən istifadə ediləcək
- Liman ərazisi və akvatoriyasında tam olaraq yalnız yaşıl, o cümlədən günəş və külək enerjisindən istifadə ediləcək
- Bütün ofis binaları və tikililər yaşıl bina standartlarına uyğunlaşdırılacaq.
Qeyd edək ki, Bakı Limanı regionda “Yaşıl Liman” statusuna layiq görülən ilk limandır.












