Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb - FOTO

 21:56 25.08.2021     108

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən həyata keçirilən layihə çərçivəsində xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı və qazi ailələrinə məişət ehtiyaclarının qarşılanması məqsədilə bağlamalar paylanılıb.

Redaktor.az xəbər verir ki, humanitar yardımların paylanılmasında AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak ediblər. Bölməyə gəlmək imkanı olmayan vətəndaşlar könüllülər tərəfindən evlərində ziyarət olunublar. //AZƏRTAC

222