“Azəriqaz”ın “Açıq mikrofon”u İsmayıllıda olacaq

 12:43 26.08.2021     100

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, bu dəfə “Səyyar qəbul otağ”ı İsmayıllı rayonunun Enişdibi kəndində təşkil olunacaq. Avqustun 27-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərd olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Onların çəkinməməsi, ehtiyat etməməsi, tam rahat olması üçün bütün zəruri tədbirlər görülür.