DİM abituriyentlərə müraciət edib

 14:38 27.08.2021     95

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərə müraciət edib.

DIM-dən Redaktor.az-a bildirilib ki, Bakıda yerləşən “Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyət göstərəcəklər.

“Abituriyent Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər: "Ali təhsil müəssisələrinin ixtisas seçimi 30 avqust saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq Bakıda - ali təhsil müəssisələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri” həftə içi günlərindən əlavə şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyətlərini davam etdirəcəklər. Mərkəzlər saat 10:00-dan 17:00-dək işləyir".