“İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi - TƏLİM

 23:16 27.08.2021     307

BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) ilə sıx əməkdaşlıq şəraitində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsini həyata keçirir.

BMqT-nin Azərbaycan nümayəndəliyindən Redaktor.az-a bildiriblər ki, layihə çərçivəsində BMqT Azərbaycan Nümayəndəliyi insan alveri qurbanlarının aşkarlanması, müəyyən edilməsi və yönləndirilməsi üçün ilkin yardım tərəflərinə təlimçilər üçün təlim təşkil edir.

Avqustun 30-dan sentyabrın 3-dək Bakıda keçiriləcək təlimlərin açılış sessiyasında BMqT-nin Azərbayandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov və USAID Azərbaycanın İdarəçilik və İqtisadi davamlılıq üzrə İdarəsinin direktoru xanım Angeli Allen Mpyisi çıxış edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən