Bu il üçün aparılan pensiya təyinatının SAYI

Bu ilin yanvar-iyul ayları ərzində 16 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, onların 56,2%-ni kişilər, 43,8%-ni isə qadınlar təşkil edib.