Şuşada salınacaq və bərpa ediləcək yolların həcmi açıqlanıb

 17:36 30.08.2021     84

Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" səhifəsində qeyd edib.

Onun sözlərinə görə, Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılmış, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb:

“Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur. Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib”.