Bakıda bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

 19:23 30.08.2021     270

Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq: "Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib".