FHN Bakı Metropolitenində yanğın-taktiki təlim keçirib - FOTO

 20:22 30.08.2021     82

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri “Bakı Metropoliteni” QSC-nin "Nizami” metro stansiyasında yanğın-taktiki təlim keçirib.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “Nizami” metro stansiyasında eskalatorun maşın zalında baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin əsas mövzusu olub. Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.

Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropolitenin əməkdaşlarına baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər barədə məlumat verilib, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

2222