Bakıda 4 yeni məktəbin tikintisi tamamlanıb

 21:16 30.08.2021     76

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Redaktor.az-a verilən xəbərə görə, 1 məktəbin (205 nömrəli tam orta məktəb) sökülərək yenidən tikintisi tamamlanıb.2 məktəbdə (71 və 307 nömrəli tam orta məktəblər) əsaslı təmir və əlavə korpusun tikintisi, 1 məktəbdə (320 nömrəli tam orta məktəb) bərpa-gücləndirilmə və əsaslı təmir işləri davam etdirilir.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivi, Binəqədi rayonu Xocasən qəsəbəsi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi “Bolluq” yaşayış massivi, Binə qəsəbəsi “Atıcılıq”

yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir. Həmçinin 3 məktəbin (35, 87 və 263 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi və 1 məktəbin (126 nömrəli tam orta məktəb) əsaslı təmiri işləri davam etdirilir.

Eləcə də ehtiyac olan 54 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır.