Bakıdan İstanbula avtobuslar işləyir? - RƏSMİ AÇIQLAMA

 07:26 31.08.2021     77

Bakı Beynəlxalq Avtovağzal Kompleksi son vaxtlar yayılan elanlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, qurumdan bildirilib ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə vətəndaşların Bakı Beynəlxalq Avtovağzalından İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Türkiyə Cümhuriyyətinə - İstanbul şəhərinə avtobus vasitəsilə aparılmasına dair xəbərlərə - elanlara rast gəlinir:

“Rəsmi qaydada bildiririk ki, Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul şəhərinə sərnişindaşıma haqda yazılanların heç bir hüquqi əsası yoxdur.

Bakı-İstanbul-Bakı marşrutu digər beynəlxalq marşrutlar kimi hazırda fəaliyyət göstərmir. Vətəndaşlardan xahiş olunur ki, bu tipli yalan məlumatlara inanmamaqla özlərini və yaxınlarını bu kimi səyahətlərdən yayındırsınlar.

Hazırda avtovağzaldan respublikanın regionlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrutlar haqqında ətraflı məlumatı (Onlayn bilet sifarişi də daxil olmaqla) avtovagzal.az saytından ala bilərsiniz”. //Qafqazinfo.az