Mədə xərçənginə qalib gəlməkdə Telmana dəstək olaq!

 22:10 31.08.2021     101

2020-ci ilin noyabr ayında proqram təminatçısı Telman Yusupova dəhşətli xəstəliyin diaqnozu qoyulub - mədə xərçənginin 4-cü mərhələsi (adenokarsinomanın). Onun yaşamaq üçün 3 aydan az vaxtı qalıb.

O vaxtdan bəri xəstəliklə mübarizə davam edir. Buna baxmayaraq, kimyəvi terapiya və radiasiya müalicələri 2021-ci ilin may ayında dayandırıldı. Xərçəng inkişaf etməyə davam edir, qida qəbulu kimi sadə prosesi belə çətin və əziyyətli bir işə çevirir. 

Telmanın son ümidi immunoterapiyadır. Bu, müxtəlif növ xərçənglərin müalicəsində sağalmağa yardımçı olsa da, immunoterapiya mədə xərçənginin müalicəsi üçün hökumət tərəfindən maliyyələşdirilmir və bu müddət çərçivəsində Telmanın klinik sınaq imkanı yoxdur. İllər boyu onun kömək etdiyi bir çox insan kimi, indi Telmanın özünün də gec olmadan immunoterapiya müalicələrinə başlamaq üçün təcili köməyimizə ehtiyacı var!

İmmunoterapiyanın maliyyələşdirilməsinə kömək lazımdır, hər müalicəyə orta hesabla 8 000-10 000 dollar xərclənir. Xəstədə yaxşılaşma əlamətləri görünənə qədər terapiya bir neçə ay ərzində hər iki həftədə bir tətbiq olunmalıdır.

Telman, həyat yoldaşı Kristina və 3 balaca övladı - Timur (10 yaş), Daşa (9 yaş), Anika (2 yaş 5 aylıq) və onların dostları sizdən kömək istəyirlər və əvvəlcədən dərin minnətdarlıqlarını bildirirlər.

Bu gözəl ailəyə birlikdə olmaq üçün şans vermək sizin əlinizdədir. //Oxu.az