Bərdədə reyd keçirilib, Cərimələnən var

 14:51 31.08.2021     92

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirib.

Tədbir zamanı qayda pzountusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfərə isə inzibati qaydada protokollar tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.