Bu rayonlarda çörəyin qiyməti qalxdı

 12:27 01.09.2021     197

Xaçmaz və Qubada çörək bahalaşıb.

Redaktor.az xəbər verir ki, bu gün səhər mağazalarda çörəyin satış qiyməti 0.40 qəpik deyil, 0.50 qəpik olub. Satıcıların sözlərinə görə, əvvəllər 0.40 qəpiyə satdıqları çörəyin topdanalış qiyməti bu gün istehsalçı tərəfindən mağazalara 0.45 qəpiyə verilib. Pərakəndə satış qiyməti isə 0.50 qəpik müəyyənləşdirilib.Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir (apa).