Pensiyaların ödənilmə vaxtı AÇIQLANDI

 13:49 06.09.2021     1165

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçiriləcəyi tarix məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna olmaqla, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.