İmişlidə “Açıq mikrofon” olacaq

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə İmişli rayonunun Kürdmahmudlu kəndində keçiriləcək.
Bu barədə Redaktor.az-a “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, sayca 10-cu olacaq aksiyada vətəndaşların problem və təklifləri dinləniləcək.
"Səyyar qəbul otağı" 7 avqust saat 11:00-dan 13:00-a qədər vətəndaşların üzünə açıq olacaq.