Lənkəranda "Sosial ev"lərin inşasına hazırlıq gedir

 16:24 06.09.2021     500

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində çoxmənzilli binaların ("Sosial ev") tikintisi üçün layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az xəbər verir ki, tenderin qalibi Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qalib instituta 210 min manat ödəniləcək. //Report

Vumart və Güvən reklamı Vumart Güvən