Oğuzda şəhidlərimizə qarşı böyük hörmətsizlik - VİDEO

 12:26 07.09.2021     427

Oğuz rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların məzarları üzərindən əklil və gül dəstələri götürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə görüntüləri şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev sosial şəbəkələrdə yayıb. 

O iddia edib ki, əklillər Oğuz rayon icra başçısının birinci müavini Etibar Yusubovun tapşırığına əsasən kənardakı dərəyə atılıb.