Ötən ay 4 marşrut xəttində nağdsız ödənişə keçilib

 18:57 07.09.2021     118

Avqust ayında nağdsız ödəniş sisteminə keçən marşrut xəttinin sayı 4 olub. Hazırda 1500-ə yaxın avtobus olmaqla 74 marşrut xəttində nağdsız ödəmə sistemi tətbiq edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin “Şəhər nəqliyyatı” aylıq icmalında qeyd olunub.

İcmalda bildirilir ki, avqust ayında 1 marşrut xəttinin hərəkət sxemi optimallaşdırılıb. Həmçinin təlimlərə cəlb olunan avtobus sürücülərinin sayı 32 olub. Ümumilikdə marşrut şəbəkəsinin dövriyyəsi 45 faiz şəffaflaşdırılıb.