“Pişikdən qorxubsa, “bismillah” desin” deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

 03:29 18.09.2021     357

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah” deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sosial şəbəkələrdə vətəndaşın təcili tibbi yardıma müraciəti zamanı yaranan narazılığı ilə bağlı məsələ TƏBİB tərəfindən dərhal araşdırılıb:

"Abşeron Rayon Mərkəzi Xəstəxanasından TƏBİB-ə verilən məlumata görə təcili tibbi yardıma çağırışla əlaqədar vətəndaşla nəzakətsiz davranış nümayiş etdirən xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Raifə İbrahimova xəstəxana rəhbərliyi tərəfindən qəbul edilib və onun izahatı alınıb. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən tibb bacısı barəsində intizam tənbehi tətbiq ediləcək”. //Azxeber.com