“AZGRANATA” MMC beynəlxalq sərgidə Azərbaycanı təmsil edir - FOTO

 14:29 21.09.2021     726

Sentyabrın 21-də Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq qida sərgisi işə başlayıb.

Redaktor.az xəbər verir ki, “Krokus Ekspo” Beynəlxalq Sərgi Mərkəzində keçirilən sərgidə qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən bir çox Azərbaycan şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.

Cənubi Qafqazın ən böyük şirə və şərab emalı müəssisələrindən biri olan “AZGRANATA” MMC də sərgidə ölkəmizi təmsil edir. Şirkətin istehsalı olan müxtəlif növ məhsullar sərgi iştirakçılarına nümayiş olunur.

Qeyd edək ki sərgi sentyabrın 24-dək davam edəcək.

 

 

2222