Suyun verilməsində məhdudiyyətlər olacaq - Mingəçevir

 19:07 21.09.2021     336

Sentyabrın 22-də Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Redaktor.az-a bildirilib ki, təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevirdə 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.