Bu jurnalistlərin övladları birinci sinfə getdilər - FOTOLAR

 11:04 22.09.2021     489

Bu gün Azərbaycan məktəblərində ibtidai siniflər üçün əyani tədrisin ilk günüdür. Balaca dostlarımız məktəbli çantalarını hazırlayaraq bu gündən təhsil həyatına qədəm qoyur.  Bu günü ən çox sevinc və həyəcanla gözləyənlər birincilər və onların valideynləridir desəm yəqin ki, yanılmaram. Hər il olduğu kimi bu il də övladı birinci sinifə gedənlər arasında  jurnalist həmkarlarımız da var.  

"Moderator.az" saytının əməkdaşı Xəyalə Rəis və "Trend.az" informasiya agentliyinin redaktoru Elgün Mənsimovun əkiz övladları Zəhar və Yusif bu gün ilk dəfə məktəbə qədəm qoyur. 

 

Övladı bu il birinci sinifə gedən jurnalistlər arasında "Report" xəbər agentlyinin redaktoru İmdad Əlizadə da var. 

 

 

Həmkarlarımızdan Eetikxeber.az saytının baş redaktoru Kamil Həmidovun övladı Həmzənihat bu gün məktəbə başlayır.

 

ARB TV-nin redaktoru Nazim Xəliloğlunun qızı Nilufər də birinci sinifə gedənlər arasındadır.

 

"Qafqazinfo" xəbər saytının əməkdaşı Kəmalə İsmayılovanın əkiz övladları bu gün ilk dərs gününə başlayır.

Biz də öz növbəmizdə bütün birincilərə uğurlar arzulayırıq.

Şəbnəm Mehdizadə