SON DƏQİQƏ: Bakı, Abşeron və Hacıqabulda su olmayacaq

 11:14 23.09.2021     1429

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

Redaktor.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.