Bakının bəzi ərazilərində su yoxdur

 14:03 25.09.2021     311

Bakının Nəsimi rayonunda içməli suyun verilişi dayandırılıb. 

Redaktor.az xəbər verir ki, bununla bağlı rayonun Cavadxan küçəsi 29 ünvanında yaşayan sakinlər məlumat verib. 

Onlar bildiriblər ki, bir neçə saatdır su yoxdur.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən verilən məlumata görə, ərazidə qəza baş verib:

“Hüseynbala Əliyev küçəsində su xəttində sızma qeydə alınıb. Bu səbəbdən ərazidə təmir işləri gedir. Təmir yekunlaşdıqdan sonra bir neçə saat ərzində içməli suyun verilişi bərpa ediləcək”. //Oxu.az