Bu il ən çox nikah hansı ayda bağlanıb?

 15:28 25.09.2021     545

2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.

Redaktor.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30 290 nikah dövlət qeydiyyatına alınıb.

Nikahların 7 058-i iyul ayının payına düşüb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir. //Modern.az