Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak etdilər - FOTO

 15:56 26.09.2021     511

“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.

Redaktor.az Fonda istinadən xəbər verir ki, layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

2