Səhiyyə nazirinin müavini şəhid ailələri ilə bağlı göstəriş verdi

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.
Redaktor.az-ın məlumatına görə, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.
O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib:
“Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək”.