Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

 14:19 06.10.2021     471

Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bununla agentlikdə sosial sahibkarlıq mövzusunda görüş keçirilib. Görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndləri iştirak edib.

Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali quruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.

Görüşdə eyni zamanda sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.

Əlillərin kiçik biznesə yiyələnmələri üçün qanun layihəsi hazırlanacaq (FOTO) - Gallery Image

Əlillərin kiçik biznesə yiyələnmələri üçün qanun layihəsi hazırlanacaq (FOTO) - Gallery Image

Əlillərin kiçik biznesə yiyələnmələri üçün qanun layihəsi hazırlanacaq (FOTO) - Gallery Image