Ünvanlı sosial yardımın məbləği artdı

 10:34 07.10.2021     709

2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb.

Bu barədə Redaktor.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Rəsmi məlumata görə, ÜDYS 234,6 manatdan 266,6 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir.