Onlayn bilet sifariş edənlərin NƏZƏRİNƏ

 14:09 08.10.2021     362

Onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsi reallaşdırılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə ki, artıq çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsi reallaşdırılıb:

"Əvvəl vətəndaş avtovagzal.az saytına daxil olmaqla növbəti 10 günə gediş bileti sifariş edə bilirdi. Bu dəyişiklikdən sonra vətəndaşlar  cari günə - yəni bu günə də gediş bileti sifariş edə bilərsiniz. Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir".