101 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

 10:43 14.10.2021     101

Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda, Qala dəmir yolu stansiyası – Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyini nəzərə alaraq 101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a bildirilib ki, dəyişikliyə əsasən oktyabrın 14-dən 101 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.