"MilliÖn"dən ödənişlərlə bağlı açıqlama: "Problem banklarla bağlıdır"

 14:11 25.10.2021     351

Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünəndən "MilliÖn"ün bir neçə terminalında ödəmə ilə bağlı problem yaranıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı "MilliÖn" ödəniş sisteminin operator şirkəti olan "Komtec" MMC-nin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva "trend"ə bildirib ki, problem ödəmə terminallarında deyil.

O qeyd edib ki, "MilliÖn" ödəniş sistemində dünən, bu gün heç bir problem olmayıb:

"MilliÖN"dən keçən ödənişlər hamısı uğurlu olub, ödəmədə heç bir çətinlik müşahidə olunmur. Problem banklarla bağlıdır."

Vumart və Güvən reklamı Vumart Güvən