Hökumət ehtiyac meyarını qaldırır
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat olması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, Nazirlər Kabineti gələn ilin büdcə zərfini Milli Məclisə göndərib.
Xatırladaq ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.












