"Azəriqaz" rəhbərliyi onlayn qəbul keçirdi - Baş direktor tapşırıqlar verdi - FOTO

 14:57 29.10.2021     461

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.

Redaktor.az xəbər verir ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb.

Baş direktor və müavinləri Regional qaz istismarı İdarələrinin rəhbərlərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

222
Vumart və Güvən reklamı Vumart Güvən