11 yaşlı ananın və körpəsinin vəziyyəti ilə bağlı AÇIQLAMA

 11:26 30.10.2021     418

Uşaq dünyaya gətirən 11 yaşlı İmişli rayon sakini olan qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir (report).

Vumart və Güvən reklamı Vumart Güvən