Ad-soyadın dəyişdirilməsinə görə rüsum da artırılır

 11:34 01.11.2021     501

“Dövlət rüsumu haqqında” qanunun 12.3-cü maddəsinə dəyişiklik edilməsi təklif edilir.

Redaktor.az xəbər verir ki, soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün nəzərdə tutulan maddədə rüsum 15 manata qaldırılır.

Qeyd edək ki, hazırda buna görə dövlət rüsumu 10 manatdır.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən komitə iclasında müzakirə ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən