"Azəriqaz"ın növbəti "Açıq mikrofon"u Gədəbəydə qurulacaq

 10:45 02.11.2021     852

"Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Gədəbəy rayonu, Dərəqumlu massivində təşkil olunacaq. Noyabrın 4-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən