Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

 14:50 02.11.2021     525

Bu günə qədər 439 nəfər yeniyetmə koronavirus əleyhinə vurulan vaksinasiya prosesində iştirak edib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən