Bu tarixdən hava şəraiti dəyişəcək - Rayonlarda qar, leysan gözlənilir

 09:58 03.11.2021     1090

Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Redaktor.az-a verilən məlumata görə, noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən