Dəm qazından niyə boğuluruq? - Ekspert səbəbləri AÇIQLADI

 14:41 04.11.2021     358

Bildiyimiz ki, hər il soyuq aylarda Azərbaycanda dəm qazından zəhərlənmələrlə bağlı onlarla insan həyatını itirir, yaxud xəstəxanalıq olur. Artıq son iki gündə mətbuata məlum olan 4 belə zəhərlənmə hadisəsi baş verib. 

Bu faciəvi hadisə ilə qarşılaşmamaq üçün insanlar hansı tədbiri görməlidir və nələrə diqqət yetirməlidir?

Ekspert Nüsrət Qasımov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirib ki, dəm qazı ilə əlaqədar təhlükə mənbələrindən biri binalardakı bacaların tutulması və vaxtında təmizlənməməsi, həmçinin məişət qızdırıcı qurğuların təhülkəsizliyi və nasazlığı ilə bağlıdır:

“Dəm qazından zəhərlənmə hallarının 90 faizindən çoxu hamam otaqlarında qeydə alınır. Vanna otaqlarında tüstü bacaları ildə bir dəfə təmizlənməlidir, onlar nəzarətdə saxlanılmalıdır. Qeyri-standart cihazlar quraşdırmaq qətiyyən olmaz. Məsələn, dəmirdən düzəldilən sobalar, "radiator" deyilən çuqun cihazlar standartlara uyğun deyil. İlk növbədə insanlar arasında maarifləndirmə işləri aparmalıdır, çünki hər bir abonentə ayrı-ayrılıqda nəzarət etmək olmur. Uşaqları, xəstələri, qocaları təkbaşına nəzarətsiz qoymaq olmaz. Köhnə su qızdırıcıları kimi istifadə olunan “kalonka”lar, “pyatiminutka”lar, “ceyran peçləri” təhlükə yaradır və onlardan istifadə olunmamalıdır. Bu, vaxtilə cihaz çatışmazılığından su borularına sözügedən təhlükəli dəmir “peç”lər, cihazlar quraşdırılırdı. Lakin hazırda ən təhlükəsizi və məsləhətlisi kombi sistemidir. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün birinci növbədə tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Bu proses mövsum qabağı və mövsümün bitdiyi vaxtlarda həyata keçirilməlidir. Eyni zamanda, su qızdırıcıları da ildə iki dəfə - altı aydan bir təmizlənməlidir. Xüsusilə əhali arasında maarifləndirmə aparılmaldır ki, insanlar "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi, mütəxəssisi olmadan qaz xətlərinə qaz cihazlarını quraşdırmasınlar".

Ekspert hesab edir ki, qaz sızması və dəm qazını aşkarlayan qaz siqnalı aparatları məcburi olmalıdır:

“Dəm qazı detektorlarını heç kəs quraşdırmır. Bu ağılllı cihazlar indiki dövrdə geniş təbliğ olunmalıdır və hər bir evə bu aparatları quraşdırmaq mütləqdir. Bu, məcburi olmalıdır, amma heç kim bu işə məhəl qoymur. Evlərdə və mənizllərdə bununla bağlı  təklükəsizliyə ilk növbdə ev sahibi özü və əlaqədar qurumlar məsuliyyət daşımalıdı, qazdan təhlükəsiz istifadə qaydalarını pozmamalıdı. Aidiyyəti qurum olaraq bu məsələ ilə bağlı əhalinin təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət etməlidir".

Ekspert məişətdə işlədilən qazın tərkibinə zərərli maddələrin qatılması ilə bağlı fikirlərə və şayiələrə də münasibət bildirib:

“Bəziləri qazın tərkibinə zəhərli maddələrin qatılması və qazın zəhərli olması ilə bağlı fikirlər söyləyir. İnsanlar öz təqsirini başqalarında görürlər, buna görə də başlıca məsiliyyət vətəndaşın öz üzərinə düşür. Bütün dünyada istehsal olunan ən təhülkəsiz qaz Azərbaycan qazıdır. Qaz Qaradağ rayonunda Qaz Emalı Zavodunda qurudulur, təmizlənir, separatiyadan keçir, hazırlanır və daha sonra standartlara uyğun şəkildə verilir".

Nuranə TOFİQLİ